Ersin Tatar Londonda bir sıra görüşlər keçirib

Ersin Tatar Cənubi Kıbrıs Rum Rəhbərliyi ilə rəsmi danışıqlar masasına oturmaq üçün çərçivənin müəyyən edilməsinin vacibliyini vurğulayıb.

1967851
Ersin Tatar Londonda bir sıra görüşlər keçirib

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) Prezidenti Ersin Tatar Cənubi Kıbrıs Rum Rəhbərliyi ilə rəsmi danışıqlar masasına oturmaq üçün çərçivənin müəyyən edilməsinin vacibliyini vurğulayıb.

Dövlət başçısı E.Tatar İngiltərənin paytaxtı Londondakı təmasları çərçivəsində KKTC-nin London nümayəndəliyində qeyri-hökumət təşkilatlarının nümayəndələri və Kıbrıs türk icmasının gəncləri ilə görüşüb.

Ersin Tatar problemləri və tələbləri dinlədikdən sonra Anadolu xəbər agentliyinə (AA) açıqlamasında İngiltərə millət vəkilləri və jurnalistlərlə görüşərək, Kıbrıs türklərinin haqlı işini və mübarizəsini izah etdiyini bildirib.

Onun Londondakı bir universitetdə konfransa girməsinə mane olmaq cəhdinə toxunan Tatar bu aksiyanın Kıbrıs türk xalqının səsini eşitdirməməsi məqsədi daşıdığını qeyd edib.

E.Tatar "Axı mənə edilən bu təhqirin əslində Kıbrıs Türk xalqına qarşı hörmətsizlik, təhqir və hücum olması reallığı da bütün Türk dünyasında da yaşanıb. Ona görə də qarşı tərəf yəqin ki, bundan dərs çıxaracaq" deyib.

Kıbrıs türklərinin öz haqlı işlərini izah etməyə davam edəcəklərinin vurğulayan Tatar Kıbrısda bir razılaşmanın olması üçün bunun iki ayrı dövlət prinsipinə uyğun olmasının vacibliyini dilə gətirib.

Tatar qeyd edib ki, heç kim KKTC-ni məcbur etməklə razılaşmanı qəbul etməyə məcbur edə bilməz.

Kıbrıs Rum icmasının (KKİ) lideri Nikos Kristodoulidisdən sonra Kıbrıs danışıqlarında dinamikliyin gözlənilməyəcəyi sualına Tatar “İndi əlbəttə ki, bizi müəyyən yerlərə cəlb etməyə çalışırlar, ancaq müzakirə masasına oturmaq üçün çərçivənin nizama salınması lazımdır. Bu çərçivədə əlbəttə bizim birgə zəminin təsdiqlənməsi üçün suveren bərabərliyimizin və bərabər beynəlxalq statusumuz bərqərar olması lazımdır” cavabını verib.



Әlaqәli Xәbәrlәr