Qırğız uşaqların Kahramanmaraşda zəlzələdən zərərçəkən uşaqlara dəstəyi
Qırğızıstanın Narın şəhərindəki Atatürk Uşaq bağçası şagirdlərinin göndərdiyi oyuncaqlar fevralın 6-da baş vermiş zəlzələnin episentri olan Kahramanmaraşda uşaqlara çatdırılıb.



Qırğızıstanın Narın şəhərindəki Atatürk Uşaq bağçası şagirdlərinin göndərdiyi oyuncaqlar fevralın 6-da baş vermiş zəlzələnin episentri olan Kahramanmaraşda uşaqlara çatdırılıb.
Paytaxt Ankarada Aliya İzzetbegovic Parkında qurulan çadır şəhərciyində uşaqlar üçün Etimesgut Bələdiyyəsi proqram təşkil edib.
Könüllü müəllimlərdən ibarət teatr kollektivinin təqdim etdiyi tamaşadan sonra qırğız şagirdlərin göndərdiyi oyuncaqlar zərərçəkənlərə paylanıb.
Etimesgut Bələdiyyəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Meneceri İsmail Şahin “Bu işin mənəvi mənası böyükdür. Maddiyatdan çox türk qardaşlığıdır. Necə ki, azərbaycanlı bir qardaşımız zəlzələ səhəri çarpayısını, yorğanını köhnə maşına yükləyib zəlzələ bölgəsinə gələ bilirsə, qırğız uşaqları da eyni duyğunu, eyni həyəcanı, eyni kədəri yaşayırlar. 350 milyon türk dünyası da eyni kədəri yaşayır” deyib.
Teatr qrupunun koordinatoru müəllim Elife Kültüroğlu şəhərdəki çadır və konteyner şəhərlərində uşaq oyunları nümayiş etdirdiklərini bildirib:
"Uşaqlar çox xoşbəxt olurlar, çünki onların hazırda ən çox ehtiyacı olan şey budur. Onların kədərlərini azaltmaq və onları sevindirmək bizi də xoşbəxt edir".
Әlaqәli Xәbәrlәr

İlham Əliyev: "TANAP və TAP layihələri genişləndirilməlidir"
Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət edib.