Azərbaycan Müdafiə Nazirliyi: ''Ermənistan tərəfi bölgədə süni gərginlik yaratmağa çalışır''

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun Azərbaycan mövqelərini atəşə tutduğunu açıqlayıb və İrəvan administrasiyasının bölgədə süni gərginlik yaratmağa çalışdığını bəyan edib.

1957305

Nazirlikdən verilən məlumatda bildirilib ki, martın 8-i saat 21:30-dan martın 9-u saat 04:15-dək Azərbaycan Ordusunun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri 23 dəfə atəşə tutulub. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan bütün istiqamətlər üzrə adekvat cavab tədbirləri görülüb.

''Ermənistan silahlı qüvvələri mövqelərimizi sistematik atəşə tutmaqla Ordumuzu cavab atəşi açmağa təhrik edir və bununla da şərti sərhəddə fəaliyyət göstərən Avropa İttifaqının mülki missiyasının nümayəndələrində yanlış rəy formalaşdırmağa, eləcə də bölgədə süni gərginlik yaratmağa cəhd edir.Ermənistan tərəfindən törədilə biləcək təxribatlara və bunun nəticəsində baş verəcək insan tələfatına görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür'',-deyə Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda vurğulanıb.

Әlaqәli Xәbәrlәr