Könüllülər “Qardaş köməyi” çərçivəsində Adıyamandadırlar
Qeyd edək ki, “Qardaş köməyi” platforması Türkiyənin aidiyyəti dövlət qurumları, eyni zamanda Türkiyənin Azərbaycandakı Səfirliyi ilə birgə koordinasiyalı fəaliyyət həyata keçirir
Türkiyənin hərbi sənaye müəssisəsi ASELSAN-ın Bakı şirkətinin əməkdaşları könüllü olaraq zəlzələdə dağıntıya məruz qalan Adıyaman şəhərinə gediblər.
“Yeni Azərbaycan”ın Türkiyə bürosuna ASELSAN-ın Bakı şirkətinin əməkdaşı, şef muhəndis Bahadır Kərimov bildirib ki, çalışdıqları müəssisədən Türkiyədə zəlzələdən zərərçəkənlərə dəstək təklifi gəldikdə, o, mühəndis İqor Hüseynov, muhəndis Mahir Abbaszadə və mühafizəçi Qulu İbrahimov könüllü olaraq dəstək vermək istədiklərini bildiriblər.
Könüllülər fevralın 17-dən Adıyamana gedərək orada qurulan Azərbaycan Koordinasiya mərkəzində “Qardaş köməyi” platforması çərçivəsində fəaliyyətdədirlər.
Qeyd edək ki, Türkiyənin cənub-şərqində fevralın 6-da baş vermiş güclü zəlzələ nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycanın İqtisadiyyat Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilati dəstəyilə Azərbaycandakı iş adamları və qeyri-hökumət təşkilatları "Qardaş köməyi" platformasını təsis edib.
Qeyd edək ki, “Qardaş köməyi” platforması Türkiyənin aidiyyəti dövlət qurumları, eyni zamanda Türkiyənin Azərbaycandakı Səfirliyi ilə birgə koordinasiyalı fəaliyyət həyata keçirir.