Azərbaycan Türkiyeyə 20 yük maşını humanitar yardım göndərib
Azərbaycan xalqının Kahramanmaraşda baş verən zəlzələ nəticəsində zərər çəkmiş vətəndaşlar üçün topladığı humanitar yardımı daşıyan 20 yük maşını Bakıdan yola düşüb.

Azərbaycan xalqının Kahramanmaraşda baş verən zəlzələ nəticəsində zərər çəkmiş vətəndaşlar üçün topladığı humanitar yardımı daşıyan 20 yük maşını Bakıdan yola düşüb.
Türkiyedə baş verən zəlzələ nəticəsində zərər çəkənlərə dəstək məqsədilə qeyri-hökumət təşkilatlarının (QHT) təşəbbüsü ilə həyata keçirilən yardım kampaniyaları Azərbaycanda davam edir.
Türkiyenin Azərbaycandakı səfiri Cahit Bağcı kampaniya çərçivəsində toplanan paltar, ədyal, ərzaq və təmizlik vasitələrindən ibarət 20 yük maşınını yola salıb.
Azərbaycan xalqı Türkiyedə baş verən zəlzələ nəticəsində zərər çəkənlərə dəstək məqsədilə həyata keçirilən kampaniyalara böyük maraq göstərir. Yardımların toplanması üçün Bakının 2 ən böyük qapalı idman zalı ayrılıb. Burada könüllülərin qablaşdırdığı humanitar ləvazimatlar yük maşınlarına yüklənir.
Әlaqәli Xәbәrlәr
