Türkiye mǝtbuatı, 1 fevral 2023

Türkiyǝ mǝtbuatında dǝrc olan bǝzi xǝbǝrlǝrin xülasǝsi.

1940379
Türkiye mǝtbuatı, 1 fevral 2023

"Star": Çavuşoğlunun İsveç açıqlaması: "Hə" deməyimiz mümkün deyil"

Xarici işlər naziri Mövlud Çavuşoğlu İsveçin NATO üzvlüyü ilə bağlı öhdəliklərini yerinə yetirəcəyi təqdirdə oturub düşünəcəklərini ifadə edərək, "Ancaq hazırda bu şərtlər daxilində İsveçin NATO üzvlüyünə "hə" deməyimiz mümkün deyil" deyib.

"Sabah": Almaniyanın "Bild" qəzetindən yeni etiraf: "Türkiye Almaniyanı üstələdi, yerimizi tuturlar"

Həm Türkiyenin Rusiya-Ukrayna müharibəsi zamanı izlədiyi sülh diplomatiyası, həm də qlobal miqyasda inkişaf etdirdiyi ixrac gücü təhlil mövzusu olmaqda davam edir. Almaniyanın "Bild" qəzeti Türkiye ilə bağlı məqaləsində etiraf kimi ifadələr işlədib. Türkiyenin Rusiya ilə idxal-ixrac rəqəmlərinin cəmi bir ildə iki dəfə artdığını qeyd edən qəzet Türkiyenin Almaniyadan taxt-tacı aldığını bildirib.

"Hürriyet": Beynəlxalq Valyuta Fondu (BVF) Türkiye üçün artım proqnozunu qaldırdı

Beynəlxalq Valyuta Fondu Türkiye üçün 2022-ci ilə dair artım proqnozunu artırıb. BVF oktyabr hesabatında Türkiye üçün 2022-ci ildə 5 faiz artımı təxmin etmiş və yeni hesabatda bu nisbəti 5,5-ə qədər yeniləyib.

"Vatan": Mehmetçik lazerlə idarə olunan "CİRİT" raketi ilə hədəfləri vurdu

Qarsda sərt hava şəraitində davam edən “Qış Təlimi-2023” atış məşqində əsgərlər lazerlə idarə olunan “CİRİT” raketi ilə hədəfləri tam dəqiqliklə vurublar. 

"Yenişafak": Yeni rekord qırıldı

Son 3 ildə ev sahibliyi etdiyi sərnişin və uçuş sayına görə Avropa hava limanları arasında birinci olan və 2022-ci ili lider olaraq tamamlayan İstanbul Hava Limanı, yanvarın 4-cü həftəsində gündəlik 1229 uçuşla birinci yerdə qərarlaşıb.



Әlaqәli Xәbәrlәr