Azərbaycanda İran casus şəbəkəsinə qarşı əməliyyatda 39 nəfər tutuldu
Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına görə...

Azərbaycanda İranın casus şəbəkəsinə qarşı keçirilən əməliyyatda 39 nəfər saxlanılıb.
Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına görə, yanvarın 31-də paytaxt Bakıda və bir sıra rayonlarda bir sıra müəssisə və iş yerlərinə qarşı başladılan əməliyyatda “Din adı altında bölücü (separatçı) fəaliyyətlə məşğul olmaq” maddəsi ilə 39 nəfər saxlanılıb.
Sözügedən adamların sosial şəbəkələrdə İranın lehinə təbliğat apardıqları, Azərbaycanda məzhəb mübarizəsi aparmaq istədikləri, İran kəşfiyyatının verdiyi vəzifələri yerinə yetirdikləri, məlumat ötürdükləri bildirilir.
Azərbaycan Daxili İşlər Nazirliyinin əməliyyat apardığı qurumlar arasında İranyönlü yayımları ilə tanınan “Salam News” informasiya agentliyi və “İnteraz” televiziya kanalı da var.