Türkmənistanda növbəti parlament seçkilərinin tarixi açıqlanıb

Türkmənistanda açıqlanan seçki təqviminə görə deputatlığa namizədlik üçün müraciətlər fevralın 24-dək davam edəcək.

1938506
Türkmənistanda növbəti parlament seçkilərinin tarixi açıqlanıb

TRT-nin Türkmənistanın Mərkəzi Seçki Komissiyasından yayılan məlumata istinad etdiyi xəbərinə görə, deputatlığa namizədlik üçün ərizələr fevralın 24-dək verilə bilər.

Türkmənistan Seçki Qanununa əsasən, siyasi partiyalarla yanaşı, vətəndaş təşəbbüs qrupları da namizəd irəli sürmək hüququna malikdilər.

Konstitusiyaya görə, 5 ildən bir keçirilən parlament seçkiləri martın 26-da baş tutacaq.



Әlaqәli Xәbәrlәr