Azərbaycanın İrandakı səfirliyinə edilən hücuma göstərilən reaksiyalar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin Tehrandakı səfirliyinə xain hücumla əlaqədar tviterdə paylaşım edib. (YENİLƏNİB)

1938753
Azərbaycanın İrandakı səfirliyinə edilən hücuma göstərilən reaksiyalar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin Tehrandakı səfirliyinə xain hücumla əlaqədar tviterdə paylaşım edib.

Paylaşımda deyilir: “Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”.

"Azərbaycanın İrandakı səfirliyinə edilən xain hücumu qınayıram".

Bunu Türkiye Böyük Millət Məclisinin sədri Mustafa Şentop tviterdə yazıb.

“Azərbaycan Milli Məclisinin sədri, əziz dostum Sahibə Qafarovaya zəng edərək şəhid olan qardaşımıza görə başsağlığı yaşadığımız hüznü və qardaş ölkə Azərbaycan xalqına başsağlığımızı çatdırdım”- o bildirib.

Azərbaycanın Tehran səfirliyinə edilən xain hücumu pisləyirəm.

Bunu isə Türkienin vitse-prezidenti Fuat Oktay tvitter hesabında bildirib.

"Hücum zamanı həlak olan mühafizəçiyə Allahdan rəhmət, ailəsinə və Azərbaycan xalqına başsağlığı, yaralananlara isə tezliklə şəfa diləyirəm.

Biz hər zaman Azərbaycanla bir yerdəyik", - deyə F. Oktay əlavə edib.

Qardaş Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyirik.

Bu barədə Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik bildirib.

“Hücumda şəhid olan qardaşımıza Allahdan rəhmət, yaralanan qardaşlarımıza isə şəfa diləyirik. Azərbaycan xalqına başsağlığı veririk”, - o bildirib.

Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücumu şiddətlə qınayıram.

Bu barədə Türkiye Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun öz "Twitter" səhifəsində yazıb.

"Şəhid qardaşımıza Allah rəhmət eləsin, yaxınlarına və qardaş Azərbaycan xalqına başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Başın sağ olsun, Azərbaycan!",- deyə qeyd edilib.

Rusiya Xarici İşlər Nazirliyi də (XİN) Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı başsağlığı verib.

Türk Dövlətləri Təşkilatının Baş Katibi Kubanbiçek Ömüralıyev Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə zorakı silahlı hücumu qətiyyətlə pisləyir.

Bu barədə təşkilatın bəyanatında deyilir.

TDT, İran hakimiyyətini bu mənfur silahlı hücumla bağlı hərtərəfli araşdırma aparmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırır.

“Bugünkü hücumda həyatını itirən mühafizəçinin ailəsinə başsağlığı verir, yaralananlara şəfa diləyirik”, - bəyanatda deyilir.



Әlaqәli Xәbәrlәr