Cahid Bağçı: 20 Yanvar Azərbaycanın azadlıq mübarizəsinin başlanğıcıdır

Türkiyenin Azərbaycandakı səfiri Cahit Bağçı "20 Yanvar hadisələrində şəhid olan insanların qanları bahasına bu torpaqlar azad edildi" deyib.

1935847
Cahid Bağçı: 20 Yanvar Azərbaycanın azadlıq mübarizəsinin başlanğıcıdır
azerbaycan kanli ocak anma2.jpg
azerbaycan kanli ocak anma1.jpg
azerbaycan kanli ocak anma.jpg

Bu gün yanvarın 20-si Azərbaycanın suverenliyi uğrunda canlarını fəda edən insanların anım günüdür. Türkiyə səfirliyi olaraq bu hüzn günündə qardaşlığımızın sübutu kimi ehtiramımızı göstərmək üçün buradayıq.

Bunu Türkiyenin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında deyib.

Cahit Bağçı bildirib ki, 20 Yanvar hadisələrində şəhid olan insanların qanları bahasına bu torpaqlar azad edildi. Onların mübarizələri Azərbaycan torpaqlarının azad olunmasına da təkan verdi. 20 Yanvar Azərbaycanın azadlıq mübarizəsinin başlanğıcıdır.

Səfir qeyd edib ki, 20 Yanvar hadisələri zamanı 1 milyona yaxın insan müstəqillik uğrunda Azadlıq meydanına toplaşmışdı. Həmin gündən oyanış, azadlıq hərəkatı başladı. Bunun da nəticəsi olaraq bir il sonra azadlıq əldə edildi.



Әlaqәli Xәbәrlәr