Xankəndi-Laçın yolunda etiraz aksiyası 31-ci günündə

Laçın-Xankəndi yolunda etiraz aksiyası yüksək vətənpərvərlik əzmində davam edir.

1930899
Xankəndi-Laçın yolunda etiraz aksiyası 31-ci günündə

Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiya gecə saatlarından indiyədək böyük coşqu ilə davam edir.

Fəallar plakat qaldırıb, ənənəvi şüarlarını səsləndirirlər. Havanın şaxtalı və qarlı olması aksiya iştirakçılarının fəaliyyətinə maneə yaratmır.

Fəallar həmişəki kimi, Qarabağ ərazisində Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə qarşı olduqlarını bildirir, haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Fəallar bildirir ki, onların tələbləri Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Etirazçılar tələblərində israrlı görünürlər. Aksiya sivil qaydalar çərçivəsində davam edir.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan dinc aksiya artıq 31 gündür davam edir.



Әlaqәli Xәbәrlәr