"Biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq", İ.Əliyev

Bu fikri Azərbaycan prezidenti İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib

1926138
"Biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq", İ.Əliyev

 

  "Biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq", bu fikri Azərbaycan prezidenti İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.

  "Avqustun 26-da - nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl biz Laçın şəhərini də azad etdik və eyni zamanda, Laçın rayonunun Zabux və Sus kəndlərinə də qayıtdıq. Bu, böyük nailiyyətdir", - dövlət başçısı qeyd edib.

  Artıq Laçın şəhərində çox genişmiqyaslı quruculuq-bərpa işlərinin aparıldığını diqqətə çatdıran Azərbaycan prezidenti bildirib: “Əminəm ki, biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar”.



Әlaqәli Xәbәrlәr