Laçın-Xankəndi yolunda aksiya 14-cü günündə

Rusiya sülhməramlılarına məxsus təminat avtomobilləri Xankəndi-Laçın yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edə bilirlər

1923321
Laçın-Xankəndi yolunda aksiya 14-cü günündə
Laçın-Xankəndi yolu_aksiya_02.jpg

 

  Şuşadan keçən Laçın-Xankəndi yolunda təşkil olunan aksiya bu dəqiqələrdə də sivil qaydalar çərçivəsində yüksək vətənpərvərlik əzmində davam edir.

  AZERTAC informasiya agentliyinin aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, iştirakçılar Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildirən plakatlar qaldırıb şüarlar səsləndirirlər.

  Havanın soyuq olmasına baxmayaraq, onlar fəaliyyətlərini aktiv şəkildə davam etdirirlər. Aksiya zamanı gecə saatlarında olduğu kimi, səhər də təhlükəsizlik qaydalarına riayət olunub, heç bir neqativ təmas və insident baş verməyib.

  Etirazçıların toplaşdığı ərazidən keçən yolda sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.

  Rusiya sülhməramlılarına məxsus təminat avtomobilləri Xankəndi-Laçın yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edə bilirlər.

  Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus daha dörd avtomobilin 25 dekabr səhəri aksiya keçirilən məkandan sərbəst hərəkətinə şərait yaradılıb.

  Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus üç avtomobil də aksiyanın təşkil olunduğu ərazidən Xankəndi istiqamətinə sərbəst keçib.

  Bunlar bir daha onu göstərir ki, etirazçıların toplaşdığı ərazidən keçən yolda sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.

  Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq on dörd gündür davam edir.



Әlaqәli Xәbәrlәr