Kasım-Jomert Tokayev: ''Qazaxıstan Türk Dövlətləri Təşkilatını dəstəkləməyə davam edəcək''

Qazaxıstan Prezidenti Kasım-Jomert Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) qurucularından biri olaraq türk dövlətləri ilə çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək üçün təşkilatın katiblik işinə maksimum dəstək verəcəklərini bəyan edib.

1921543

Tokayev təyinatından sonra ilk dəfə Qazaxıstana səfər edən TDT-nin baş katibi Kubaniçbek Ömuraliyevi dünən qəbul edib.

Prezident İqamətgahında baş tutan görüşdə Kasın-Jomart Tokayev Kubaniçbek Omurəliyevi təbrik edib və ona yeni vəzifəsində uğurlar arzulayıb.

Tokayev bildirib ki, Qazaxıstan Türk dövlətləri ilə çoxtərəfli əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır və TDT-nin qurucularından biri kimi katiblik işinə bundan sonra da dəstək verəcək.

Türk xalqlarının əməkdaşlığının və birliyinin möhkəmləndirilməsində unikal platforma kimi qurumun rolunun və əhəmiyyətinin xeyli artdığını vurğulayan Tokayev hazırda dünyada bir çox dövlətlərin və beynəlxalq təşkilatların ticarət, iqtisadi, mədəni-humanitar əlaqələri genişləndirmək istədiyini diqqətə çatdırıb.

Tokayev bildirib ki, TDT katibliyinin ən mühüm vəzifəsi bu ilin oktyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirilən sammitdə razılaşdırılmış prioritetlərlə təşəbbüsləri fəal şəkildə həyata keçirməkdir.

Әlaqәli Xәbәrlәr