Türkiye ilə Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti birgə axtarış-xilasetmə təlimi keçirib

Türkiye Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) və Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) Mülki Müdafiə Təşkilatı birgə axtarış-xilasetmə təlimi keçirib.

1916186

Türkiye və KKTC-dən 250-dən çox şəxsi heyət, 1 hərbi helikopter və 100-dən çox texnikanın iştirakı ilə həyata keçirilən təlimdə zəlzələ, yanğın, yol qəzası kimi 15 fərqli ssenari ilə şəhər axtarış-xilasetmə işləri aparılıb. dağlarda ilişib qalan, ərazidə itkin düşmə və quyu qəzaları, yaralıların dağıntılar altından çıxarılması, yaralıların helikopterlə təxliyyəsi və yanğına müdaxilə tədbirləri həyata keçirilib.

Paytaxt Lefkoşa başda olmaqla 4 rayonda keçirilən təlimlə hər iki ölkənin qruplarının koordinasiyası və təcrübə mübadiləsi, o cümlədən KKTC-də baş verə biləcək bir fəlakət halında ehtiyac duyulacaq beynəlxalq dəstək, ölkəyə gəlməsindən ayrılmasına qədər olan müddət qiymətləndirilib.

AFAD Fəlakətlərə Qarşı Mübarizə Baş direktoru İsmail Palakoğlu bildirib ki, Türkiye və KKTC təbii fəlakət bölgəsində yerləşir, ona görə də hər iki ölkə fəlakətlərə hazır olmalıdır.

Palakoğlu təlimin Lefkoşada 7.7 bal gücündə zəlzələ ssenarisi və Türkiyedən kömək istəməsi ilə başladığını söyləyərək, təlimin iki ölkə komandalarının koordinasiyalı işinə, əməkdaşlığın inkişafına, bilik və təcrübə mübadiləsinə töhfə verdiyini qeyd edib.

Әlaqәli Xәbәrlәr