Qırğızıstan Ağsaqqallar Şurası: “Mühacirlər ölkəyə qayıtsın”

Qırğızıstan Ağsaqqallar Şurası hökumətdən tələb edib ki, xaricdəki qırğızların vətənlərinə qayıtmasını təmin etsin.

1912840
Qırğızıstan Ağsaqqallar Şurası: “Mühacirlər ölkəyə qayıtsın”

Prezident Sadir Çaparov noyabrın 25-26-da paytaxt Bişkekdə keçirilən 1-ci Xalq Konqresinin Ağ Saqqallar Şurasının üzvlərini qəbul edib.

Ağsaqqallar Şurasının üzvləri ilk Xalq Qurultayını təşkil etməklə siyasi iradə nümayiş etdirdiyinə görə prezidentə minnətdarlıqlarını bildiriblər.

Hökumətə 2050 hədəflərini ehtiva edən İnkişaf Proqramının hazırlanmasını təklif edən üzvlər, sözügedən proqram çərçivəsində mühacirlərin vətənlərinə qayıtmasını da tələb ediblər.

Rəsmi mənbələrə görə, təxminən 7 milyon əhalisi olan Qırğızıstan vətəndaşlarının 600 mindən çoxu Rusiyada, 30 mini Qazaxıstanda, 30 mini isə Türkiyədə mühacir kimi yaşayır.



Әlaqәli Xәbәrlәr