Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

1912601
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Noyabrın 29-u Bakı vaxtı ilə saat 18:25-dən noyabrın 30-u saat 00:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca, Gorus rayonunun Xəzinəvar və Burun yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Laçın rayonunun Hacılar yaşayış məntəqələri və Qaragöl istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bundan başqa, noyabrın 29-u saat 18:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.



Әlaqәli Xәbәrlәr