Kasım-Jomart Tokayev and içdi
Qazaxıstanda yenidən Prezident seçilən Kasım-Jomart Tokayevin andiçmə mərasimi keçirilib və o, rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.
Qazaxıstanda yenidən Prezident seçilən Kasım-Jomart Tokayevin andiçmə mərasimi keçirilib və o, rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.
Məlumata görə, andiçmə mərasimi paytaxt Astanadakı Müstəqillik Sarayında keçirilib.
Mərasimdə Baş nazir, millət vəkilləri və nazirlər iştirak ediblər.
Tokayev öz vəzifəsinə “xalqına sədaqətlə xidmət edəcəyinə, Qazaxıstan Konstitusiyasına və qanunlarına əməl edəcəyinə, ona həvalə edilmiş yüksək vəzifəni vicdanla yerinə yetirəcəyinə” and içməklə başlayıb.
Tokayev Qazaxıstanın milli maraqlarının qorunmasına yönəlmiş balanslaşdırılmış və konstruktiv xarici siyasəti davam etdirəcəyini qeyd edib.
Prezident Tokayev həmçinin Amerika Birləşmiş Ştatları (ABŞ), Avropa İttifaqı, Asiya və Yaxın Şərq ölkələri və maraqlı olan bütün ölkələrlə çoxşaxəli əməkdaşlığı gücləndirməyə davam edəcəklərini vurğulayıb.