İlham Әliyev: ‘‘Dünyadakı bütün azәrbaycanlıları qorumaq üçün әlimizdәn gәlәni edәcәyik’’

Azərbaycan Prezidenti İlham Əliyev deyib:"Dünyadakı bütün azərbaycanlıları, o cümlədən İrandakı azərbaycanlıları qorumaq üçün əlimizdən gələni edəcəyik’’.

1911147
İlham Әliyev: ‘‘Dünyadakı bütün azәrbaycanlıları qorumaq üçün әlimizdәn gәlәni edәcәyik’’

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan ilə nəzərdə tutulan görüşün  keçirilməyəcəyini deyib.
Bunu Prezident İlham Əliyev  ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
Buradakı beynəlxalq strategiya və təhlükəsizlik mərkəzlərinin rəhbərlərinin suallarını cavablandıran İlham Əliyev Azərbaycan, Ermənistan və Aİ arasında dekabrda keçirilməsi planlaşdırılan üçtərəfli görüşdə iştirak etməyəcəyini bildirib.
“Dekabr ayında Brüsseldə görüşün keçirilməsi nəzərdə tutulurdu. Lakin Şarl Mişelin ofisindən bildirilib ki, Ermənistanın Baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, ölkəsi region ölkələri ilə yaxşı münasibətlərin qurulmasına böyük əhəmiyyət verir.

İranla münasibətlərə toxunan Azərbaycan Prezidenti deyib:

"Mən İranın üç prezidenti ilə işləmişəm: Məhəmməd Hatəmi, Mahmud  Əhmədinejad və Həsən Ruhani. Bütün bu illər ərzində indiki kimi bir şey yaşanmayıb. Heç vaxt Azərbaycana qarşı nifrət və təhdid dolu bəyanat verilməyib. İran bir neçə ay ərzində sərhədimizdə iki hərbi təlim keçirdi''.

Azərbaycana qarşı hər cür bəyanatlara, hərəkətlərə hər zaman cavab verdiklərini vurğulayan İlham Əliyev deyib: "Ona görə də biz onlardan qorxmadığımızı göstərmək üçün İran sərhədində hərbi təlimlər keçirməli olduq. Biz Azərbaycanın dünyəvi həyat tərzini,İrandakı azərbaycanlılar daxil olmaqla bütün dünyadakı azərbaycanlıları qrumaq üçün əlimizdən gələni edəcəyik''.



Әlaqәli Xәbәrlәr