Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

1910873
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir

Noyabrın 24-ü Bakı vaxtı ilə saat 21:30-dan 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, -deyə məlumatda qeyd edilib.



Әlaqәli Xәbәrlәr