Azərbaycan XİN Türkiyeyə raket hücumlarını pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyeyə raket hücumlarını pislədiyini bildirib.

1909012
Azərbaycan XİN Türkiyeyə raket hücumlarını pisləyib

“Türkiyeyə qarşı terror hücumlarını qətiyyətlə qınayırıq".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviterində yazılıb.

“Qardaş Türkiyenin Qaziantep vilayətinin Qarqamış şəhərində məktəb də daxil olmaqla mülki əhalinin yaşadığı ərazilərə xain raket hücumu nəticəsində həlak olan insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik”, - paylaşımda bildirilib.



Әlaqәli Xәbәrlәr