Azərbaycan İrana işləyən 5 nəfəri dövlətə xəyanətdə ittiham etdi

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda bildirilir...

1906098
Azərbaycan İrana işləyən 5 nəfəri dövlətə xəyanətdə ittiham etdi

 

  Azərbaycanda İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib, 5 nəfər “dövlətə xəyanət” ittihamı ilə saxlanılıb.

  Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda bildirilir: “Xəzər Dənizi Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləmiş Zahir Əsgərovun İranın Qum şəhərində dini təhsil alarkən maddi qazanc müqabilində İran kəşfiyyatı ilə əməkdaşlıq etdiyi müəyyən olunub. O, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər, Xəzərdə hərbi təlimlərin keçirilmə yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə topladığı məlumatları telefonla və şəxsən İrana gedərək məlumat verib.

  Elnur Rəsulov 2018-ci ildə müalicə üçün getdiyi İranda pul müqabilində İran kəşfiyyatı ilə əməkdaşlıq edib, sonrakı dövrdə isə qohumu Arif Rəsulovla birlikdə neft və təbii qaz kəmərinin çəkildiyi yataqların limanlarında saxlanılan pilotsuz uçuş aparatları, tanklar və müxtəlif hərbi texnikaların yerlərini, Bakıda TEKNOFEST sərgisində nümayiş etdirilən maşınlar, hərbi və strateji ərazilər, hava hücumundan müdafiə və radar sistemlərinin foto və videolarını İran kəşfiyyatına ötürüb.

  Bəxtiyar Ağazadə İranda dini təhsil alarkən İran kəşfiyyatı ilə əməkdaşlıq edib, Azərbaycandakı siyasi-ictimai proseslər, hərbi hissələrin yeri, növü və komandanlıq səviyyəsi ilə bağlı topladığı məlumatları pul qarşılığında bu quruma satıb.

  İran kəşfiyyatı ilə əməkdaşlıq etdiyinə görə barəsində həbs qəti-imkan tədbiri görülən Mirhafiz Cəfərzadə internet vasitəsilə hərbi hissələrin yerləşdiyi yerləri İranda gizlənən Orxan Məmmədova ötürüb.

  Adı çəkilən 5 nəfər “dövlətə xəyanət” ittihamı ilə saxlanılıb”.



Әlaqәli Xәbәrlәr