Ermənilərin Daşkəsəndə basdırdığı 452 mina zərərsizləşdirilib

Daşkəsən rayonu ərazisi Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı basdırılan minalardan təmizlənir.

1888208
Ermənilərin Daşkəsəndə basdırdığı 452 mina zərərsizləşdirilib
azerbaycan mayin temizleme.jpg

Ermənilərin Daşkəsəndə basdırdığı 452 ədəd mina zərərsizləşdirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Daşkəsən rayonu ərazisi Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı basdırılan minalardan təmizlənir.

Qeyd olunan ərazidə erməni diversiya qruplarının basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd Э-001 М tipli piyada əleyhinə mina Azərbaycanın mühəndis-istehkamçıları tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri qarşı tərəfin minaladığı ərazilərin təmizlənməsi üzrə fəaliyyətlərini davam etdirir.



Әlaqәli Xәbәrlәr