Azərbaycan 32 erməni meyitini Ermənistana təhvil verib

Azərbaycan Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədaq Dövlət Komissiyasının verdiyi məlumata görə...

1881257
Azərbaycan 32 erməni meyitini Ermənistana təhvil verib

 

  Azərbaycan sərhəddə baş verən toqquşmalarda ölən 32 erməni əsgərinin meyitini Ermənistana təhvil verib.

  Azərbaycan Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədaq Dövlət Komissiyasının verdiyi məlumata görə, Ermənistan sentyabrın 12-14 tarixlərində baş vermiş toqquşmalarda xeyli itki verib. Hərbi əməliyyatlardan sonra Azərbaycan ordusunun nəzarəti altında olan torpaqlarda tapılan 32 erməni əsgərinin meyitinə Azərbaycan Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən baxış keçirilib, meyitlərin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Meyitlərdən 32-si Ermənistana təhvil verilib, digərləri isə yaxın vaxtlarda veriləcək.

  Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, münaqişə sentyabrın 12-nə keçən gecə Azərbaycanın Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində başlayıb.

  Diplomatik görüşlərdə Azərbaycan və Ermənistanın İkinci Qarabağ Müharibəsindən sonra baş vermiş ən böyük münaqişədə atəşkəs haqqında razılığa gəlinib.

  Azərbaycan 79 əsgərinin şəhid olduğunu açıqlayıb.

  Ermənistan isə ölən erməni əsgərlərinin sayını 135 olaraq bildirib.



Әlaqәli Xәbәrlәr