Nur-Sultanın adı yenidən Astana oldu
Qeyd edək ki, Qazaxıstan parlamentində bir qrup deputat xalqın paytaxtın yeni adını Nur-Sultan qəbul edə bilmədiklərini bəyan edərək qədim Astana adının bərpasını təklif etmişdi
Qazaxıstan parlamenti paytaxt Nur-Sultanın adının yenidən Astana olması üçün konstitusiyaya dəyişiklikləri ehtiva edən qanun layihəsini təsdiqləyib.
Qazaxıstan parlamentinin aşağı palatası ilə senatın yuxarı palatasının birgə iclasında konstitusiyanın bəzi maddələrində ediləcək tənzimləmələri nəzərdə tutan qanun layihəsi qəbul edilib. Buna uyğun olaraq paytaxt Nur-Sultanın adı dəyişdirilərək Astana olub.
Qeyd olunan qanun layihəsi prezident Kasım Cömert Tokayev tərəfindən imzalandığı tarixdən qüvvəyə minəcək.
Qeyd edək ki, Qazaxıstan parlamentində bir qrup deputat xalqın paytaxtın yeni adını Nur-Sultan qəbul edə bilmədiklərini bəyan edərək qədim Astana adının bərpasını təklif etmişdi. Qazaxıstan prezidenti Kasım Cömert Tokayev sentyabrın 12-də Konstitusiya Şurasına müraciət edərək deputatların sözügedən təklifinin konstitusiyaya uyğunluğunu təsdiqlədi və müsbət cavab aldı.
Xatırladaq ki, Qazaxıstanın qurucu prezidenti Nursultan Nazarbayevin 2019-cu il martın 19-da prezidentlikdən istefa verməsindən bir gün sonra parlamentdəki vəzifəsinin icrasına başlayan prezident K.S.Tokayev paytaxt Astananın adının Nur-Sultan olması təklifi ilə çıxış etmişdi. Ölkənin müxtəlif yerlərində keçirilən nümayişlərə və petisiya kampaniyalarına baxmayaraq, təklif 2019-cu il martın 23-də parlamentdə yekdilliklə qəbul olundu və ölkənin paytaxtının adı Nur-Sultan deyə dəyişdirildi.