İlham Əliyevin Şarl Mişel və Nikol Paşinyanla görüşü başlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdədir.

1874223

Azərbaycan dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü başlayıb.

Dördüncü dəfə keçirilən iclasın gündəliyinə Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlanması, sərhədlərin müəyyən edilməsi, rabitə və nəqliyyatın açılması üzrə komissiyalarda danışıqların aparılması daxildir.

Bundan başqa, humanitar məsələlərin, o cümlədən mina probleminin, I Qarabağ müharibəsində itkin düşən Azərbaycan vətəndaşlarının, Ermənistanda azərbaycanlıların kütləvi məzarlarının, tarix və mədəniyyət abidələrinin vəziyyətinin müzakirə olunacağı gözlənilir.

Əliyev və Paşinyan 2021-ci il dekabrın 14-də, 6 aprel və 22 may 2022-ci il tarixlərində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin ev sahibliyi ilə Brüsseldə görüşüblər.

Әlaqәli Xәbәrlәr