Kazan Qlobal Gənclər Sammiti

Rusiya Federasiyasının Tatarıstan Muxtar Respublikasının paytaxtı Kazan şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 2022-ci il Gənclər Paytaxtı beynəlxalq proqramı çərçivəsində Kazan Qlobal Gənclər Sammiti keçirilib

1873457
Kazan Qlobal Gənclər Sammiti
kazan genclik zirvesi.jpg
kazan genclik zirvesi.jpg
kazan genclik zirvesi.jpg
kazan genclik zirvesi.jpg

 

  Rusiya Federasiyasının Tatarıstan Muxtar Respublikasının paytaxtı Kazan şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 2022-ci il Gənclər Paytaxtı beynəlxalq proqramı çərçivəsində Kazan Qlobal Gənclər Sammiti keçirilib.

  “Gənclər üçün bərabər imkanlar”, “Mədəniyyətlərarası dialoq” və “Gənclərin miqrasiyası” mövzularının müzakirə olunduğu sammitdə 20-dən çox ölkənin gənc nazirləri və nazir müavinləri iştirak edib.

  Türkiyədən İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İCYF) rəhbəri Taha Ayhan, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (İRCİCA) baş direktoru, professor Mahmud Erol Kılıç və Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan iştirak və çıxış ediblər.

  Sammitdə gənclər siyasəti ilə maraqlanan beynəlxalq təşkilatların nümayəndələri, politoloqlar, gənc sahibkarlar və elm dünyasının aparıcı simaları da daxil olmaqla 300 nəfər iştirak edib.

  “Mədəniyyətlərarası dialoq və gənclər üçün bərabər imkanlar” panelində çıxış edən İRCİCA-nın baş direktoru, professor M.E.Kılıç Kazanın fərqli dinlərə, mədəniyyətlərə və tarixi əhəmiyyətə malik olduğunu vurğulayaraq deyib: “Rusiya müsəlmanları Rusiya Federasiyası ilə İƏT-ə üzv dövlətlər arasında körpü rolunu oynayır”.

  Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan çıxışında bunları söyləyib: "Ümumdünya Etnoidman Konfederasiyası olaraq ənənəvi idman növlərinə diqqət yetirməyi vacib hesab edirik. Çünki bu idman növləri bizi öz köklərimizə qaytarır".

  İCYF prezidenti Taha Ayhan Kazan Qlobal Gənclər Sammitinə ev sahibliyi etdiyi üçün Tatarıstanın prezidenti Rüstem Minnixanova təşkilatın gənc siyasətçiləri və qərar qəbul edənləri bir araya gətirdiyinə görə təşəkkürünü bildirib.

  Kazanda keçirilən Qlobal Gənclər Sammiti avqustun 29-da da davam edəcək.



Әlaqәli Xәbәrlәr