Ermənilər evləri və meşələri yandıraraq Laçını tərk edirlər

Avqustun sonuna qədər Laçın rayonunu, Zabux və Sus kəndlərini tərk etməli olan, Azərbaycan ərazisində qeyri-qanuni məskunlaşmış ermənilər evləri yandırmağa, dağıtmağa, meşələrə od vurmağa davam edir.

1869560

Bir neçə gün öncə Laçını tərk etməyə başlayan ermənilərin 30 il ərzində qanunsuz məskunlaşdıqları Azərbaycan ərazisindəki evləri, tikililəri yandırdığını, dağıtdığını, meşələrə, dağlara od vurduğunu əks etdirən növbəti video-görüntülər yayılıb.

Xatırladaq ki, ermənilər avqustun 25-nə qədər Laçın şəhərini və ətraf kəndlərini boşaltmalıdırlar. Köç prosesi artıq başlanıb. Bu əsnada ermənilərin yaşadıqları evləri yandırmaları diqqət çəkir.

Әlaqәli Xәbәrlәr