İlham Әliyev: ‘‘Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq’’

Bu sözlәri Azәrbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.

1867371
İlham Әliyev: ‘‘Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq’’

‘‘Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Yol ancaq budur’’.

Bu sözlәri Azәrbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.

Qeydri-qanuni ermәni qüvvәlәrinin avqustun 3-dә törәtdiyi silahlı tәxribatı qiymәtlәndirәn Azәrbaydan Prezidenti İlham Әliyev  bildirib ki, Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atdı  və bu hərbi təxribat nəticəsində bir Azәrbaycan hәrbçisi şәhid oldu.Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq".

İlham Əliyev “Qisas” əməliyyatından sonra yüzlərlə erməni əsgərinin Qarabağ bölgəsini tərk etdiyini bildirib.

Azәrbaycan Prezidenti hәmçinin deyib: ‘‘Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir".

İlham Әliyev bildirib ki, Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur.

“Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Nədən söhbət gedir? Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyindən. Mən də demişəm bəli, onların hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək’’,-deyә Azәrbaycan Prezidenti İlham Әliyev vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr