Azәrbaycanın İngiltәrәdәki sәfirliyinә hücum edilib

Azərbaycanın İngiltәrәdәki səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

1863908
Azәrbaycanın İngiltәrәdәki sәfirliyinә hücum edilib

Azərbaycanın İngiltәrәdәki səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

Bu barәdә Azәrbaycan Xarici İşlәr Nazirliyi mәlumat yayıb. Mәlumatda bildirilib ki, səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq-mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.

Mәlumatda Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlığın diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırıldığı bildirilib.



Әlaqәli Xәbәrlәr