Azərbaycan Ordusunun mövqeləri 12 dəfə atəşə tutulub

Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən Azərbaycan mövqeləri ümumilikdə 12 dəfə atəşə tutulub.

1864201
Azərbaycan Ordusunun mövqeləri 12 dəfə atəşə tutulub

Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən Azərbaycan mövqeləri ümumilikdə 12 dəfə atəşə tutulub.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, bunlardan 3-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Nərimanlı və Zərkənd yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun  Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.

Digər 9 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutmaqla qeydə alınıb.

Azərbaycanın şəxsi heyəti və texnikasında itki yoxdur.

Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.



Әlaqәli Xәbәrlәr