Şuşa Beynəlxalq Media Forumu

22 İyul – Milli Mətbuat Günü münasibətilə iyulun 22-də Şuşada Azərbaycan Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumu işə başlayıb

1858247
Şuşa Beynəlxalq Media Forumu
Şuşa Beynəlxalq Media Forumu_02.jpg
Şuşa Beynəlxalq Media Forumu_01.jpg

 

  Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyulun 22-də Şuşada Azərbaycan Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumu işə başlayıb.

  Forumda əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, torpaqların azadlığı uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycanın media nümayəndələrinə ünvanlandığı təbrik məktubunu oxuyub.

  Azərbaycan mətbuatının 147 illiyi münasibətilə hazırlanmış videoçarx nümayiş olunub.

  Forum çıxışlarla davam edib.

  Qeyd edək ki, tədbir çərçivəsində “Yeni media jurnalistikasına keçid: konvergensiya və yeni imkanlar”, “Media etikası: rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı”, “Azərbaycan mətbuatında Şuşa izi” və “Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri” adlı panel iclasları keçirilir.



Әlaqәli Xәbәrlәr