Zorlu Töre: "Türkiyə ordusunun Adadan çıxarılmasının qəti əleyhinəyik"

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) Məclis sədri Zorlu Töre Türkiyə ordusunun Adadan çıxarılmasının qəti əleyhinə olduğunu bildirib.

1853086
Zorlu Töre: "Türkiyə ordusunun Adadan çıxarılmasının qəti əleyhinəyik"

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) Məclis sədri Zorlu Töre Türkiyə ordusunun Adadan çıxarılmasının qəti əleyhinə olduğunu bildirib.

Zorlu Töre İstanbuldakı Türkiyə Vətəndaş Cəmiyyəti Təşəbbüs Mərkəzində (TUSİM) “Kıbrısın Gələcəyə Baxışı” mövzulu çıxış edib.

KKTC-nin müstəqil dövlət olaraq qurulmasından sonra federasiya danışıqları aparmağı doğru görmədiyini bildirən Töre Türkiyə və KKTC-nin Adada iki suveren dövlət həllindən tərəf olduqlarını və başqa heç bir razılaşmadan tərəf olmayacaqlarını vurğulayıb.

"KKTC-də iki suveren dövlət həlli həyata keçirilməzsə, biz bu şəkildə yolumuza davam edəcəyik. KKTC nə ingilislərin, nə fransızların, nə yunanların, nə də Birləşmiş Millətlərin hədiyyəsi deyil. Bu dövlət şəhidlərimizin, qazilərimizin biə əmanətidir. Onlara xəyanət edə bilmərik. Biz KKTC-nin yoxa çıxmasını qəbul edə bilmərik. Türkiyə Ordunun qarantlığının pozulması və adadan çıxarılmasını heç vaxt qəbul edə bilmərik", deyə Z.Törə qeyd edib. 

Töre Kıbrısın enerji qaynaqları ilə zəngin olan Şərqi Aralıq dənizində əhəmiyyətli bir mövqeyə sahib olduğunu, buna görə də Mavi Vətən anlayışının yalnız qurunu əhatə etmədiyini, dənizin altındakı zənginliklərə sahib olmağı da ehtiva etdiyini söyləyib.

ABŞ, Rusiya, Fransa kimi ölkələrin bu bölgədə təyyarədaşıyan gəmiləri, sualtı qayıqları olduğunu qeyd edən parlament sədri deyib:

“(Bu ölkələr) Türkiyəyə deyirlər ki, burada qazma, seysmik araşdırma aparma, çıx get. Kıbrıs Adasında ayrı dövlət qura bilməzsən, bu dövlətdən əl çəkin, birləşmiş Kıbrıs olsun, federasiya olsun. Hetta Türkiyə əsgərinin adadan çışmasını istəyirlər. Bunlar artıq məqbul olmayan tələblərdir”.



Әlaqәli Xәbәrlәr