Azərbaycan və Rusiya prezidentlərinin Aşqabad görüşü

İyunun 29-da Türkmənistanın paytaxtı Aşqabadda Azərbaycan respublikasının prezidenti İlham Əliyevin Rusiya Federasiyası prezidenti Vladimir Putinlə görüşü olub

1849963
Azərbaycan və Rusiya prezidentlərinin Aşqabad görüşü
İlham Əliyev və Vladimir Putin_görüş_02.jpg

  İyunun 29-da Türkmənistanın paytaxtı Aşqabadda Azərbaycan respublikasının prezidenti İlham Əliyevin Rusiya Federasiyası prezidenti Vladimir Putinlə görüşü olub.

  Azərtac informasiya agentliyi xəbər verir ki, Xəzər Sammiti çərçivəsində prezident İlham Əliyev ilə görüşməkdən məmnunluğunu ifadə edən prezident Vladimir Putin həmkarının Rusiya səfərini xatırladıb, ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsinin önəmini bildirib, əlaqələrin genişləndiyini və hazırkı səviyyəsinin çox yaxşı olduğunu vurğulayıb.

  V.Putin qeyd edib ki, regional təhlükəsizlik, o cümlədən Qarabağ məsələsinin nizamlanması barədə də Azərbaycan dövlətinin başçısı ilə müzakirə aparılıb və bu görüş də həmin mövzunun nəzərdən keçirilməsi üçün imkan yaradır.

  Xoş sözlərə görə minnətdarlığını bildirən İlham Əliyev Rusiya prezidenti ilə görüşdən məmnunluğunu ifadə edib və bildirib ki, Putin ilə keçirilən görüşlər həmişə iki ölkə əlaqələri üçün çox əhəmiyyətli olub.

  Azərbaycan prezidenti ölkələr arasında ticarət dövriyyəsinin artmasından, eyni zamanda, sənaye kooperasiyası, nəqliyyat və energetika sahələrində əməkdaşlığın genişlənməsindən məmnunluğunu dilə gətirib, bu görüşün də regional məsələlərin müzakirəsi üçün yaxşı imkanlar yaratdığını söyləyib.

  Rusiya və Azərbaycan prezidentlərinin görüşündə ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

  Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin Türkmənistana səfəri başa çatıb.



Әlaqәli Xәbәrlәr