Azərbaycan-Türkiyə-Qazaxıstan nazirlərinin ilk üçtərəfli görüşü keçirildi

İyunun 27-də Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin ilk üçtərəfli görüşü keçirilib

1848362
Azərbaycan-Türkiyə-Qazaxıstan nazirlərinin ilk üçtərəfli görüşü keçirildi
Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər və nəqliyyat nazirləri_ilk üçtərəfli görüşü.jpg

 

  İyunun 27-də Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin ilk üçtərəfli görüşü keçirilib.

  Tədbiri giriş sözü ilə açan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov üçtərəfli görüşün əhəmiyyətindən danışıb və regional əməkdaşlığın vacibliyini vurğulayıb.

  C.Bayramov bu görüşün üç ölkəni maraqlandıran məsələlərdə mövcud koordinasiyanı və qarşılıqlı fayda əsasında regional əlaqəni gücləndirmək məqsədi daşıdığını qeyd edib.

  Sonra üçtərəfli görüşün gündəliyi təqdim olunub.

  Görüşün yekununda birgə Bakı Bəyannaməsi imzalanıb.

  Bakı Bəyannaməsini Azərbaycan, Türkiyə, Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirləri imzalayıblar.

  Qeyd edək ki, üçtərəfli görüşdə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Qazaxıstan Respublikasının xarici işlər naziri Muxtar Tleuberdı, Qazaxıstanın sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbayev və digər dövlət rəsmiləri iştirak ediblər.

 



Әlaqәli Xәbәrlәr