Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti adanın digər tərəfinin silahlanmasına reaksiya göstərib

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) Cənubi Kıbrıs Rum İdarəsinin silahlanma fəaliyyətlərinə reaksiya verib.

1847129
Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti adanın digər tərəfinin silahlanmasına reaksiya göstərib

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) Cənubi Kıbrıs Rum İdarəsinin silahlanma fəaliyyətlərinə reaksiya verib.

KKTC Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Cənubi Kıbrıs Rum İdarəsinin Rum Milli Mühafiz Ordusuna (RMMO) Fransadan döyüş helikopterlərinin alınması üçün əvvəlcədən ödəniş etmə qərarı aldığı qeyd edilib. 

Açıqlamada "Bu qərar bir daha təsdiqləyir ki, Kıbrıs Rum tərəfi Adamızda və Şərqi Aralıq dənizində sabitlik və sülhü təhdid edən silahlanma proqramını sürətini azaltmadan davam etdirir. Sərhəd xətti boyunca 250-yə yaxın ağır silah mövqeləri yerləşdirən keşişlərə silah atış təlimləri keçirən, PKK terror təşkilatına dəstək verən silah və sursata milyonlarla avro xərcləyən, bir çox ölkə ilə artan sayda hərbi təlimlər keçirən və ikitərəfli hərbi ittifaqlar quran Rum tərəfinin bu təhrikamiz fəaliyyətləri nrahatlıq doğuran səviyyəyə çatıb. Bu hərbi fəaliyyətlərin Kıbrıs türk xalqına qarşı həyata keçirildiyi aydındır” deyilib.

Açıqlamada Kıbrıs türk xalqı üçün təhdid halına gələn silahlanma fəaliyyətlərini ləngitmədən davam etdirən Rum tərəfinin sözdə etimad quruculuğu tədbirlərinin dünya ictimai rəyini çaşdırmaqdan başqa heç bir məqsədə xidmət etmədiyi vurğulanıb, beynəlxalq ictimaiyyət Rum tərəfinin bu oyununu görməyə çağırılıb.

“BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olan Fransanın Kıbrıs Rum tərəfinə hücum helikopterləri satması, ABŞ-ın isə silah embarqosunu ləğv etməsi BMT Təhlükəsizlik Şurasının etibarlı və qərəzsiz bir qurum olmadığının ən bariz və yeni göstəriciləridir" deyə açıqlamada bildirilib: 

“Cənubi Kıbrıs Rum İdarəsinin bəzi digər ölkələrlə ölkəmiz əleyhinə həyata keçirdiyi hərbi fəaliyyətlər anavətən Türkiyənin təsirli və faktiki qarantiyasının əhəmiyyətini və zəruriliyini bir daha ortaya qoyur və hüquq və mənafelərimizi tək dayanacağımız olan Türkiyə ilə müdafiənin nə qədər vacib olduğunu göstərir".

Qeyd edək ki, Cənubi Kıbrıs Rum İdarəsində Parlamentin Müdafiə Komitəsi Fransadan RMMO-ya 6 döyüş helikopteri alınmasına icazə verən 53 milyon avroluq əlavə müavinəti təsdiqləmişdi.

Cənubi Kıbrıs Rum İdarəsilə Fransa arasında döyüş helikopterlərinin alınmasına dair müqavilənin yaxın vaxtlarda imzalanması gözlənilir.



Әlaqәli Xәbәrlәr