Mövlud Çavuşoğlu: "Birliyimizi pozmağa çalışanlara imkan verməyəcəyik"

Xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali Kıbrıs (Kipr) Türk Respublikasında (ŞKTC) qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə görüşüb.

1841888
Mövlud Çavuşoğlu: "Birliyimizi pozmağa çalışanlara imkan verməyəcəyik"

Xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali Kıbrıs (Kipr) Türk Respublikasında (KKTC) qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə görüşüb.
Nazir Çavuşoğlu ilə QHT nümayəndələrinin Girnədəki Ağ Evdə görüşü baş tutub.

Xarici işlər nazirinin müavini Sedat Önal və Türkiyənin Lefkoşa səfiri Əli Murat Başçerinin də qatıldığı görüş mətbuata qapalı keçirilib.

Görüşlə bağlı "Twitter" hesabında paylaşım edən Çavuşoğlu "#Kıbrıs Türk qeyri-hökumət təşkilatları ilə bir araya gəldik. Dünən, bu gün və həmişə; Biz birlikdəyik! Birliyimizi pozmağa çalışanlara imkan verməyəcəyik!” ifadələrindən istifadə edib.

Çavuşoğlu Lapta bölgəsinin vətəndaşları ilə də görüşüb.

Çavuşoğlu buradakı çıxışında “Kıbrıs Türk xalqı bizim canımızdır, hər şeyimizdir, qiymətimizdir” deyib. O, KKTC və Kıbrıs türklərini heç vaxt tək qoymadıqlarını, heç vaxt tərk etməyəcəklərini bildirib.

Çavuşoğlu Kıbrısda qurulan oyunları pozmağın vacibliyini vurğulayıb və sözlərinə davamla deyib:

"Bundan sonra (Rum icması ilə) suveren bərabərlik var, siyasi bərabərlik yox. Yəni iki dövlətli həll. Yan-yana yaşayacaq iki dövlət öz arasında istənilən şəkildə əməkdaşlıq edə bilər, bu, tamamilə təbiidir. Kıbrıs türklərinin suverenliyini hər kəsə qəbul edirmək üçün çalışırıq”.



Әlaqәli Xәbәrlәr