Qazaxıstanda mövcud konstitusiyaya  əlavə və dəyişiklik edilməsi qəbul edildi

Qazaxıstanda keçirilən referundumda mövcud konstitusiyaya  əlavə və dəyişiklik edilməsi qəbul edilib.

1838011
Qazaxıstanda mövcud konstitusiyaya  əlavə və dəyişiklik edilməsi qəbul edildi

Qazaxıstanda keçirilən referundumda mövcud konstitusiyaya  əlavə və dəyişiklik edilməsi qəbul edilib. 

Qazaxıstan Mərkəzi Seçki Komissiyası dünən ölkə daxilində keçirilən konstitusiya hüquqları üzrə səsvermənin ilkin nəticələrini açıqlayıb.

Buna görə, dünən (5 iyun) 19 milyon əhalisi olan ölkədə qeydiyyatda olan 11 milyon 734 min 642 seçicinin təxminən 8 milyonu (68 faizi) “Qazaxıstan Respublikasının Konstitusiyasına əlavə və dəyişiklikləri qəbul edirsinizmi?” sualına cavab vermək üçün səs verib.

Seçicilərin 77,18 faizi “bəli”, 18,66 faizi “yox” cavabını verib.

Bildirilib ki, referendumda “hə” səsi alınacağı təqdirdə sonuncu dəfə 1995-ci ildə qəbul edilmiş mövcud konstitusiyanın 33 əsas maddəsinin dəyişdirilməsi və bununla da cari il yanvar ayının əvvəlində kütləvi hadisələrdən sonra ölkədə inzibati sistemin yenidən qurulması hədəflənib.



Әlaqәli Xәbәrlәr