Ankarada 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib

Paytaxt Ankara şəhərində 28 May – Müstəqillik Günü və Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə rəsmi qəbul təşkil olunub.

1833886

Qəbulda Türkiyə ali hakimiyyət orqanlarının təmsilçiləri, akkreditasiya olunan beynəlxalq təşkilatların və diplomatik korpusun rəhbərləri və nümayəndələri, Türkiyə ictimaiyyətinin görkəmli simaları, azərbaycanlılar iştirak ediblər.

Təntənəli şəkildə təşkil olunan qəbul rəsmi və bədii hissədən ibarət olub.

Rəsmi hissədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, vitse-prezidenti Fuad Oktay və səfirliyin nəzdində Azərbaycan Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik Müşfiq Məmmədov çıxış ediblər.

Әlaqәli Xәbәrlәr