İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına sədrlik Azərbaycana keçib

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Milli Məclisin inzibati binasında İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransındakı çıxış edib.

1828343
İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına sədrlik Azərbaycana keçib

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına sədrlik Pakistandan Azərbaycana keçib.

Bu sözləri Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova mayın 17-də Bakıda Milli Məclisin inzibati binasında İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransındakı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İƏT PA-nın Üçüncü Ümumi Konfransından sonra təşkilata sədrlik Azərbaycana keçir. Azərbaycan sədrliyi dövründə İƏT PA-nın fəaliyyətinin gücləndirilməsi istiqamətində müvafiq səylər göstərəcək. Azərbaycan bu təşkilata üzv ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında maraqlıdır.



Әlaqәli Xәbәrlәr