Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətində hökuməti qurmaq fəaliyyətləri davam edir

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti prezidenti Ersin Tatar hökuməti qurmaq vəzifəsini daxili işlər naziri və Milli Birlik Partiyasının (UBP) Girnə şəhərindən millət vəkili Ünal Üstelə tapşırıb.

1824345

Bu barədə Prezidentin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb

Konstitusiyaya görə, Üstel 15 gün ərzində öz kabinetini prezidentə təqdim etməli və ya vəzifəsini qaytarmalıdır.

Qeyd edək ki, ölkədə Baş nazir Faiz Sucuoğlu UBP, DP və YDP-dən ibarət koalisiya hökumətinin istefasını prezident Tatara təqdim edib.

Ötən həftə Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşən Tatar hökuməti qurma vəzifəsini etimad səsi ala biləcək millət vəkilinə verəcəyini və növbədənkənar seçkilərin alternativ olmadığını açıqlayıb.

Әlaqәli Xәbәrlәr