Azərbaycanda "Covid-19"la bağlı vəziyyət (26 aprel 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1818654
Azərbaycanda "Covid-19"la bağlı vəziyyət (26 aprel 2022)

 

  Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 19 yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 782 min 675 nəfər müalicə olunaraq sağalıb, 9 min 707 nəfər vəfat edib. Aktiv xəstə sayı 139 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 132, bu günə qədər isə ümumilikdə 6 milyon 801 min 484 test icra olunub.

  Aprelin 26-da Azərbaycanda yeni növ koronavirus infeksiyası əleyhinə 5 min 150 doza vaksin vurulub. Gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 695, ikinci doza vaksinlərin sayı 377, üç və daha çox doza vaksinlərin sayı 3724, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 354-dür.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 632 min 746, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 338 min 299, ikinci mərhələ üzrə 4 milyon 838 min 834, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 216 min 688, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 238 min 925-dir.



Әlaqәli Xәbәrlәr