Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (17 aprel 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1813463
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (17 aprel 2022)

 

  Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 13 yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb, 1 nəfər isə həyatını dəyişib.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 362 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 782 min 516 nəfər müalicə olunaraq sağalıb, 9 min 706 nəfər vəfat edib. Aktiv xəstə sayı 140 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 297, bu günə qədər isə ümumilikdə 6 milyon 769 min 897 test icra olunub.

  Aprelin 17-də Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyası əleyhinə 5 min 804 doza vaksin vurulub. Gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 460, ikinci doza vaksinlərin sayı - 476, üç və daha çox doza vaksinlərin sayı – 4 min 465, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 403-dür.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 595 min 242, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 334 min 494, ikinci mərhələ üzrə 4 milyon 836 min 495, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 187 min 702, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 236 min 551-dir.



Әlaqәli Xәbәrlәr