Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (13 aprel 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1811853
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (13 aprel 2022)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 16 yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 min 305 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 416 nəfər müalicə olunaraq sağalıb, 9 min 704 nəfər vəfat edib. Aktiv xəstə sayı 185 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 343, bu günə qədər isə ümumilikdə 6 milyon 755 min 203 test icra olunub.

Aprelin 13-də Azərbaycanda yeni növ koronavirus infeksiyası əleyhinə 8 min 233 doza vaksin vurulub.

Gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 582, ikinci doza vaksinlərin sayı - 677, üç və daha çox doza vaksinlərin sayı – 6 min 498, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 476-dIr.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 567 min 201, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 332 min 288, ikinci mərhələ üzrə 4 milyon 834 min 400, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 165 min 753, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 234 min 760-dır.



Әlaqәli Xәbәrlәr