"Azərbaycan Ermənistana 5 maddədən ibarət təklif göndərib və cavab gözləyir", C.Bayramov

Azərbaycan-Ermənistan münasibətlərini dəyərləndirən C.Bayramov iki ölkə arasında uzun illərdir münasibətlərin olmamasının əsas səbəbinin işğal faktoru olduğunu söyləyərək deyib...

1794436
"Azərbaycan Ermənistana 5 maddədən ibarət təklif göndərib və cavab gözləyir", C.Bayramov

 

  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib ki, Azərbaycan Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət sənəd göndərib və cavab gözləyir.

  Anadolu informasiya agentliyinə müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərini dəyərləndirən C.Bayramov iki ölkə arasında uzun illərdir münasibətlərin olmamasının əsas səbəbinin işğal faktoru olduğunu söyləyərək deyib: “Azərbaycan-Ermənistan arasında 27 sentyabr 2020-ci il tarixində başlayan 44 günlük Azərbaycan Vətən Müharibəsi bu mövzuda çox aydın mesajlar verib. Ermənistan işğal etdiyi digər torpaqlardan çıxmalıydı.

  Müraciətimiz budur: “Münasibətlərimizə xələl gətirən "işğal" faktoru indi aradan qalxıb. Belə olan halda Azərbaycan tərəfi keçmişin bütün çətinliklərinə və problemlərinə baxmayaraq, Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır.

  Bir il əvvəl Azərbaycan prezidenti İlham Əliyev Ermənistana “Sülhü imzalamağa hazırıq” mesajını verdi. Və bir ildir Ermənistan tərəfindən təklifimizə cavab yoxdur.

  Azərbaycan bu yaxınlarda Ermənistana xoşməramlılığını nümayiş etdirmək üçün yeni bir təklif irəli sürüb. Bəzi məsələlərin həlli üçün Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşmalıdır. Biz əsas prinsipləri təklif etdik. Dövlətlərarası münasibətlərin tənzimlənməsi ilə bağlı əsas prinsiplərə və ənənələrə uyğun olan fikirlərimizi ifadə və təsdiq etdik. Dedik ki, “Biz münasibətləri qarşılıqlı anlaşma əsasında inkişaf etdirməyə hazırıq”. Ermənistan fikrini bildirməlidir. Əgər Ermənistan münasibətlərin normallaşmasını istəyirsə, bu, onlar üçün çox yaxşı fürsətdir”.

  Təklifimiz 5 maddədə yer alır. Prosesin başlanması üçün şərtlər qəbuledilməzdir”.



Әlaqәli Xәbәrlәr