Azərbaycanda TURKOVAC peyvəndinin klinik sınaqları başlandı
Türkiyə Sağlıq Departamenti (TÜSEB) ilə Azərbaycan Bakı Sağlamlıq Mərkəzi arasında TÜRKOVAC-ın xatırlatma dozasının 3-cü mərhələ klinik sınaqlarına başlanılması üçün protokol imzalanıb

Azərbaycanda Türkiyənin yeni növ koronavirusa (Covid-19) qarşı hazırladığı TURKOVAC peyvəndinin xatırladıcı dozasının (booster doza) 3-cü mərhələsinin klinik sınaqlarına başlanılıb.
Türkiyə Sağlıq Departamenti (TÜSEB) ilə Azərbaycan Bakı Sağlamlıq Mərkəzi arasında TÜRKOVAC-ın xatırlatma dozasının 3-cü mərhələ klinik sınaqlarına başlanılması üçün protokol imzalanıb. Protokolu TÜSEB-in prezidenti professor Erhan Akdoğan və Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov imzalayıblar.
İmzalanma mərasimindən sonra TÜSEB-in rəhbəri E.Akdoğan TÜRKOVAC-ın Türkiyədəki mərhələ işlərinin tamamlandığını və istifadəyə icazə verildiyini xatırladaraq deyib: “Biz həm elmi əməkdaşlıq baxımından, həm də yerli və milli peyvəndimizin Azərbaycanda geniş tətbiqi üçün ilkin mərhələ olan “Faza-3”ün klinik sınaqlarını başladıq”.
Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov da öz növbəsində deyib: “Azərbaycanda 4 müxtəlif peyvənd tətbiq olunur. Dost və qardaş Türkiyə öz peyvəndini buraxıb və ondan səmərəli istifadə edir. Bu gündən biz TURKOVAC-ın Azərbaycanda “Faza-3” klinik sınaqlarına başlayırıq".
Qeyd edək ki, Bakı Sağlamlıq Mərkəzi tərəfindən həyata keçiriləcək xatırladıcı doza “Faza-3” TÜRKOVAC-ın xaricdə aparılan ilk klinik çalışmasıdır.
Әlaqәli Xәbәrlәr

İlham Әliyev: ‘‘Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq’’
Bu sözlәri Azәrbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.