Niderlandda yaşayan azərbaycanlılarla görüş

Azərbaycan Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin nümayəndə heyəti Niderlandda yaşayan azərbaycanlılarla görüşüb

1790992
Niderlandda yaşayan azərbaycanlılarla görüş
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi_Niderland səfəri_02.jpg
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi_Niderland səfəri_01.jpg
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi_Niderland səfəri_03.jpg
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi_Niderland səfəri_04.jpg
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi_Niderland səfəri_05.jpg
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi_Niderland səfəri_06.jpg
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi_Niderland səfəri_07.jpg
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi_Niderland səfəri_08.jpg
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi_Niderland səfəri_10.jpg

 

  Azərbaycan Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin nümayəndə heyəti Niderlandda yaşayan azərbaycanlılarla görüşüb.

  Martın 6-da Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi, Benilüks Azərbaycanlıları Konqresi və Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə Avropada yaşayan azərbaycanlılarla görüş keçirilib.

  Görüşdə Azərbaycan Respublikasının Niderland Krallığındakı Fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundov, Niderland parlamentinin millət vəkili Tunahan Kuzu, diaspor təşkilatı rəhbərləri, ictimaiyyət nümayəndələri və bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.

  Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi İdarə Heyətinin qərarına əsasən, 44 günlük Vətən Müharibəsində və postmüharibə dövründə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində xüsusi xidmətlərinə görə diaspora fəalları təltif olunub. Bundan əlavə, Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin nümayəndə heyətinin üzvlərinə də təşkilat tərəfindən fəxri fərman təqdim edilib.

  Qeyd edək ki, Azərbaycan Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin nümayəndə heyəti fevralın 28-dən Avropada işgüzar səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti tərəfindən müxtəlif görüşlər və tədbirlər keçirilib. Görüşlər martın 8-nədək davam edəcək.



Әlaqәli Xәbәrlәr