Türkiyə və Azərbaycan qardaşları Xocalı üçün birlikdə dağın zirvəsinə qalxdılar

Bölgənin ən çətin dağlarından biri olan Haça dağının zirvəsinə qalxan alpinistlər burada Xocalı şəhidlərinə xatirə mərasimi keçiriblər

1783018
Türkiyə və Azərbaycan qardaşları Xocalı üçün birlikdə dağın zirvəsinə qalxdılar
hocali sehitleri icin haca dagina tirmanis1.jpg
hocali sehitleri icin haca dagina tirmanis.jpg

 

  1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində həlak olmuş 613 şəhidin xatirəsini yad etmək üçün Naxçıvandakı Haça dağının zirvəsinə yürüş təşkil olunub.

  Azərbaycanın Qars Baş Konsulluğu, Zirvə Alpinizm və Təbiət İdmanları Klubu, Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin birgə təşkil etdiyi proqramın xətti ilə Türkiyənin müxtəlif bölgələrindən İğdıra gedən 24 alpinist Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasına yollanıb və Azərbaycanın 7 alpinisti ilə birləşiblər.

  Bölgənin ən çətin dağlarından biri olan Haça dağının zirvəsinə qalxan alpinistlər burada Xocalı şəhidlərinə xatirə mərasimi keçiriblər.

  Bir dəqiqəlik sükutla başlayan tədbirdə Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.

  Mərasimdə Türkiyə və Azərbaycanın bayraqları, eyni zamanda “Xocalı şəhidlərini rəhmət, minnət və hörmətlə yad edirik” yazılmış pankart açılıb. 

  Tədbirin rəhbəri İskəndər Doğan ilk dəfə 6 il əvvəl təşkil edilən bu zirvəyə qalxmaqla anma mərasimini artıq ənənəvi hala gətirdiklərini söyləyərək deyib: “Türkiyə hər zaman Azərbaycanın yanındadır. Dağ zirvəsinə çıxmaqda məqsədimiz azərbaycanlı qardaşlarımızın dərdinə şərik olduğumuzu bir daha nümayiş etdirməkdir.”

  Azərbaycan idmançısı Babək Orabanlı tədbiri Xocalı soyqırımının 30-cu ildönümü çərçivəsində təşkil etdiklərini vurğulayaraq bildirib: "Xocalı ermənilərin bizə qarşı törətdikləri ən amansız və ən dəhşətli faciələrdən biridir. Bu ağrını hələ də yaşayırıq. Başqa tədbirlərlə də bu faciəni qeyd edirik. Bu səfər hər zaman bizimlə olan türkiyəli qardaşlarımızla Naxçıvanda Haça dağında bu dırmanışı həyata keçirdik. Onlar Xocalı faciəsini bu şəkildə yada salırdı. Biz ilk dəfə qardaşlarımıza qatılaraq iştirak etdik. Bundan sonra da belə tədbirlərdə dostlarımızla bir yerdə olmağı düşünürük."

  Təxminən 7 saatlıq dırmaşmadan sonra zirvəyə qalxan komanda eniş başladıqdan 4 saat sonra Haça dağının ətəyindəki Qal kəndində proqramı tamamladı.



Әlaqәli Xәbәrlәr