Qıbrızda yeni hökumət quruldu

Xatırladaq ki, ŞKTR-də 23 yanvarda keçirilən erkən seçkilərdə UBP 39,54 faizlə birinci olub

1782303
Qıbrızda yeni hökumət quruldu

 

  Şimali Kipr Türk Respublikasında (ŞKTR) Milli Birlik Partiyasının (UBP) sədri Faiz Sucuoğlunun başçılığı ilə yeni hökumət quruldu.

  Faiz Sucuoğlu Milli Birlik Partiyası (UBP) - Demokratik Partiya (DP) və Yenidən Doğuş Partiyasının (YDP) birgə iştirakı ilə koalisiya hökumətinin qurulması ilə bağlı razılıq əldə edildiyini açıqladı.

  Xatırladaq ki, ŞKTR-də 23 yanvarda keçirilən erkən seçkilərdə UBP 39,54 faizlə birinci olub. Cümhuriyyət Türkiyə Partiyası (CTP) 32,4, DP 7,41, YDP 6,39, Xalq Partiyası (HP) isə 6,68 faiz səs toplayıb. Bu nəticələrə görə, 50 deputatdan ibarət Qıbrız parlamentində UBP 24, CTP 18, DP 3, HP 3, YDP 2 mandata sahib olublar.



Әlaqәli Xәbәrlәr