Qırğızıstan ilә Tacikistan atәşkәs barәdә razılığa gәlib

Qırğızıstan və Tacikistan rəsmiləri atəşkəs və sərhəd münaqişəsi baş verən əraziyə yerləşdirilən əlavə qüvvələrin çıxarılması barədə razılığa gəliblər.

1769588

Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

Tərəflərin hər birinin sərhədə cəlb etdiyi əlavə qüvvə və vasitələrin daimi dislokasiya yerlərinə qaytarılması, Batken-İsfanə magistral yolunda hərəkətin açılması və birgə patrul xidməti haqqında razılıq əldə olunub. Münaqişənin qarşısını almaq üçün Qırğızıstan və Tacikistanın hüquq-mühafizə orqanlarının əməkdaşları sərhədyanı ərazilərə yerləşdirilib.

Danışıqlarda Qırğızıstanın Batken vilayətinin valisi Abdikarim Alimbayev və Tacikistanın Soqd vilayətinin valisi Radjab Ahmatzalov, iki ölkənin sərhəd idarələrinin və hüquq-mühafizə orqanlarının nümayəndələri Albay Kıyılbek vә Hikmatullo Pirakzoda iştirak ediblər.

Qeyd edәk ki, Qırğızıstan vә Tacikistan hәrbi qulluqçuları asasında qarşıdurma yaşanmışdı.

Әlaqәli Xәbәrlәr